
Samiq Sadıxov Şərurda vətəndaşları qəbul edəcək
İyulun 24-ü saat 11:00-da Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Şərur Rayon Mərkəzi Xəstəxanasında vətəndaş qəbulu keçirəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların sağlamlıq sahəsi ilə bağlı müraciətləri dinləniləcək, müvafiq məsələlərlə bağlı yerindəcə araşdırma və müzakirələr aparılacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər aşağıdakı əlaqə nömrəsi vasitəsilə əvvəlcədən qeydiyyatdan keçə bilərlər:
Əlaqə üçün whatsapp nömrəsi: 060 660 00 61