Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb

22 İyul 2025

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı xüsusi vurğulanıb.

Bildirilib ki, son illər iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etməsi sevindirici haldır.

Tərəflər regional əhəmiyyətə malik birgə infrastruktur və enerji layihələrinin Orta Dəhlizin inkişafında oynadığı rolu müzakirə ediblər.

Görüşdə, həmçinin, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunması müsbət qiymətləndirilib.

Söhbət zamanı Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunulub.

Baş nazir İrakli Kobaxidze bir daha Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə regionda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.