
İndoneziyalı fotoqrafın Naxçıvana heyranedici baxışı - FOTO
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İndoneziyalı məşhur fotoqraf Aris Setya Naxçıvanda səfərdə olarkən çəkdiyi unikal görüntülərlə diqqət çəkib. Təxminən 12 min izləyicisi olan fotoqraf instagram hesabında Əlincəqalasından, Göygöldən, Heydər məscidindən, Naxçıvan şəhərindən, Batabat yaylağından, Haçadağdan və Əshab-i Kəhf ziyarətgahından çəkdiyi fotoları paylaşaraq bölgənin təbii və tarixi gözəlliklərini izləyicilərinə təqdim edib.
Paylaşımlar qısa müddətdə böyük maraq doğurub, bir çox izləyici Naxçıvana səyahət arzusunu rəylərdə ifadə edib. Aris Setyanın obyektivindən təqdim olunan bu görüntülər Naxçıvanın turizm potensialını bir daha nümayiş etdirib.
Paylaşımları təqdim edirik: