Naxçıvanda kartof yığımına start verilib -

Naxçıvanda kartof yığımına start verilib - FOTO

22 İyul 2025

Muxtar respublikada hazırkı dövrədək 151 hektardan çox sahədə məhsul yığımı başa çatdırılıb və 2 500 tondan artıq kartof anbarlara daşınıb. Ümumilikdə isə cari təsərrüfat ilində 805 hektardan çox sahədə kartof əkini həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tərəvəzçilikdə xüsusi paya malik olan Şərur rayonu əvvəlki illərdə olduğu kimi, bu il də əsas istehsal bölgələrindən biridir. Rayonda 589 hektar sahədə kartof becərilib və hazırda hər hektardan orta hesabla 50-55 ton məhsul götürülür ki, bu da yüksək məhsuldarlıq göstəricisidir.

Qeyd edək ki, ötən mövsüm Şərurda 700 hektara yaxın sahədə kartof əkilmiş və 20 min ton məhsul yığılmışdı. Cari mövsümdə məhsuldarlığın artması ilə ümumi məhsul həcminin yüksəlməsi gözlənilir.

Hazırda muxtar respublikanın digər bölgələrində də yığım prosesi davam edir.