Səlahiyyətli nümayəndə Ordubad rayonunda vətəndaşları qəbul edib - FOTO
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ordubad rayonunun Biləv kəndində vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər, əsasən, yol infrastrukturu, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, eləcə də digər sosial məsələləri əhatə edib.
Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib. Vətəndaşların bəzi müraciətləri üzrə bir sıra məsələlər yerindəcə həllini tapıb.
Qəbul zamanı qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu istiqamətdə vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirildiyi diqqətə çatdırılıb










