Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

30 İyun 2026

Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.