
Tanımadığım birinin çantasını daşısam və içindən narkotik çıxsa, mən məsuliyyət daşıyırammı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tanımadığım birinin çantasını daşısam və içindən narkotik çıxsa, mən məsuliyyət daşıyırammı?
Cavab: Bəli, əgər narkotik vasitə sizin daşıdığınız və ya üzərinizdə olan əşyadan çıxarsa, ilkin olaraq siz məsuliyyət daşıyırsınız. Lakin məsuliyyətin növü və dərəcəsi niyyətə (kast), məlumatlı olub-olmamağınıza və araşdırma nəticələrinə görə müəyyən edilir.
Əgər sübut edilərsə ki, siz:
məhsulun içində nə olduğunu bilməmisiniz,
aldadılmısınız və ya təzyiq altında olmusunuz,
bu barədə xəbərsiz olmusunuz,
onda məhkəmə bunu nəzərə alır və məsuliyyətdən azad edilmə, yaxud daha yüngül cəza tətbiq oluna bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev