Tramp İrana təşəkkür etdi
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılmasına görə, İrana təşəkkür edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ağ Ev rəhbəri bu barədə öz “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“İran indicə elan etdi ki, İran boğazı (Hörmüz boğazı nəzərdə tutulur -red) tam açıqdır və gəmilərin keçidinə hazırdır. Təşəkkür edirəm!”,- deyə Tramp yazıb.
Qeyd edək ki, bundan bir müddət əvvəl İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Livanda əməliyyatları dayandırması və atəşkəs razılaşmasına görə, İranın Hörmüz boğazını ticarət gəmilərinin hərəkəti üçün tam açdığı elan edib.








