Naxçıvanda güzəştli kreditlərin məbləği 20,9 faiz artıb

Naxçıvanda güzəştli kreditlərin məbləği 20,9 faiz artıb

17 Aprel 2026

Cari ilin yanvar–mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33 layihənin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği 20,9 faiz artıb.

Maliyyələşdirilmiş kreditlər hesabına 71 yeni iş yeri yaradılması nəzərdə tutulur.