Türkiyə XİN başçısının müavini Hikmət Hacıyevlə ikitərəfli münasibətləri müzakirə edib

Türkiyə XİN başçısının müavini Hikmət Hacıyevlə ikitərəfli münasibətləri müzakirə edib

28 Oktyabr 2025

Türkiyənin Bakıda səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.