“Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib -

“Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib - FOTO

29 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin əməkdaşı  Bəhruz Məmmədov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin əməkdaşı I dərəcəli hüquqşünas Elvin Hüseynov, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Əziz Qasımov və Türkanə Əliyeva mövzu ilə bağlı çıxış ediblər.  

Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.