Naxçıvanda hava şəraiti dəyişəcək: Yağış, şimşək və güclü külək gözlənilir
Oktyabrın 29-u axşamdan 30-u axşamadək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə isə yağıntıların sulu qara keçəcəyi ehtimal edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqnoza əsasən, qərb küləyi üstünlük təşkil edəcək, küləyin sürəti 5–10 m/san, bəzi yerlərdə isə arabir 15–20 m/san-dək güclənəcək.
Havanın temperaturunun gündüz 20–25°, gecə isə 7–12° isti olacağı gözlənilir.








