Ağdərədə istismar müddəti bitmiş və yararsız döyüş sursatları məhv ediləcək

Ağdərədə istismar müddəti bitmiş və yararsız döyüş sursatları məhv ediləcək

29 Oktyabr 2025

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 29–31 oktyabr tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilib.