Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

13 Fevral 2026

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Kiyevə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mikola Kalaşnik və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə birlikdə Azərbaycandan İrpenə generatorların təhvil verilməsi prosesinə kuratorluq etdik, bununla da icmanın su təchizatının dayanıqlığını gücləndirdik. Ukraynaya sarsılmaz dəstəyinə görə Azərbaycana təşəkkür edirik", - səfir yazıb.

Bundan əvvəl Azərbaycan səfiri Bakıdan humanitar yardımın Kiyevə çatdığını bildirmişdi.