
Vüqar Rəhimzadə: Azərbaycan ictimaiyyəti də bu proseslərdə öz vətəndaşlıq missiyasını yerinə yetirməlidir
Bu gün Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
"Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, bu tədbirlər şəhid ailələrinin, qazilərin və ümumən cəmiyyətin diqqət mərkəzindədir:
“Müzəffər Ali Baş Komandan hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, onların problemləri ilə maraqlanır. Dövlətimiz hər zaman qazilərin və şəhid ailələrinin yanındadır, onlara hərtərəfli dəstək verilir. Azərbaycan ictimaiyyəti də bu proseslərdə öz vətəndaşlıq missiyasını yerinə yetirməlidir”.
Deputat əlavə edib ki, tədbirdə Türkiyədən gələn qazilərin və şəhid ailələrinin iştirakı iki qardaş dövlət arasında həmrəyliyin və birliyin bariz nümunəsidir.
Müsahibəni hazırladı:
Mənsurə Hümbətova