Zaxarova: Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir

Zaxarova: Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir

09 Aprel 2025

Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Bütün zəruri məsələlər yalnız sülh və siyasi-diplomatik yolla həll edilməlidir", - o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, Rusiya sülh sazişinin imzalanmasına nail olmaq üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında tərəfdaşlara əvvəlki kimi yardım göstərməyə hazırdır.