Zeki Aktürk: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik

Zeki Aktürk: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik

06 Fevral 2025

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

"Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik", - o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Türkiyə böyük bir coğrafiyada sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına töhfə verir.