Zəngəzur Milli Parkının maddi-texniki bazasının gücləndirilməsi müzakirə olunub -

Zəngəzur Milli Parkının maddi-texniki bazasının gücləndirilməsi müzakirə olunub - FOTO

14 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Qlobal Ekologiya Fondunun (QEF) 8-ci maliyyə dövrü çərçivəsində biomüxtəlifliyin qorunması layihəsi üzrə nümayəndə heyəti ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Zəngəzur Milli Parkının maddi-texniki bazasının gücləndirilməsi, müasir idarəetmə yanaşmalarının tətbiqi, yanğın təhlükəsizliyinin təmin edilməsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması və rəqəmsal ödəniş sistemlərinin tətbiqi məsələləri müzakirə olunub.

FAO-nun nümayəndəsi Güllü Hüseynova layihə çərçivəsində milli parkın idarəetmə imkanlarının artırılması və biomüxtəlifliyin qorunması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.