Ali Məclisin Hüquq siyasəti  komitəsinin növbəti iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

17 Fevral 2026

Fevralın 17-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin  müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, qanun layihəsinə əsasən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa təklif edilən dəyişikliklə həm Ali Məclis deputatlarının fəaliyyətinin təkmilləşdirilməsi, həm də qanunun müvafiq Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması hədəflənir.

İclasda layihə haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib.

Gündəlikdə duran məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.