Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

23 İyun 2026

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin ikinci oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı komitə sədri məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə təqdim olunub.