Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Komitə sədri Mübariz Bayramov gündəlikdə duran məsələnin üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib.
İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov qanun layihəsi ilə bağlı məlumat verib.
Sonra “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.








