Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

12 İyul 2026

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Bu il iyulun 1-nə qədər ölkədə 114 501 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.