Naxçıvanda “Memarlıq və İnteryer Dizayn” seminarı keçirilib - FOTO
2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması və Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə Naxçıvan şəhərində "Marka İnşaat"ın təşkilatçılığı, "Tİ Amazing Academy"nin təşəbbüsü ilə “Memarlıq və İnteryer Dizayn” adlı seminar keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, seminarda memarlıq, şəhərsalma və tikinti normaları, təmir prosesi, təmir zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları, düzgün rəng və material seçimi, eləcə də digər aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
İştirakçıları maraqlandıran suallar "Tİ Amazing Academy"nin təsisçisi və memarı Toğrul İlyas Fəxrioğlu, həmçinin "Marka İnşaat"ın memar-dizayneri Toğrul Sadıqov tərəfindən vizual təqdimatlar əsasında cavablandırılıb.
Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib, fəallığı ilə seçilən bir qrup gənc isə hədiyyələrlə mükafatlandırılıb.
Bildirilib ki, sentyabr ayında akademiyanın Naxçıvan filialı fəaliyyətə başlayacaq. Qeyd olunub ki, memarlıq, interyer və eksteryer dizayn sahəsinə maraq göstərən, həmçinin memarlıq proqramlarını peşəkar səviyyədə öyrənmək istəyən şəxslər akademiyaya müraciət edə bilərlər.
Naxçıvandan qeydiyyatdan keçənlərə xüsusi endirimlər olacaq.
Qeydiyyat üçün əlaqə nömrəsi: +994 51 409 27 04.












