Ali Məclisin yaz sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 2026-cı il yaz sessiyasının fevralın 18-də keçiriləcək üçüncü iclasının gündəliyi müəyyənləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gündəliyə iki məsələ daxil edilib. Bunlardan birincisi “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsidir.
İclasda, həmçinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.








