Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verilib

Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verilib

23 Dekabr 2025

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, dünyanin bir sıra ölkələrində qeyd olunmaqdadır. Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Bu gün 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.