Naxçıvan idmançıları beynəlxalq arenada növbəti uğur qazanıblar - FOTO
19–21 dekabr 2025-ci il tarixlərində Türkiyə Respublikasının Bitlis şəhərinin Tatvan rayonunda kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan, Türkiyə və İran idmançılarının iştirak etdiyi mötəbər yarışda Naxçıvan Muxtar Respublikası da uğurla təmsil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə 2 məşqçi-müəllimin rəhbərliyi altında 27 nəfər naxçıvanlı idmançı müxtəlif çəki dərəcələrində mübarizə apararaq yüksək nəticələr əldə ediblər. Kəmər döyüşləri üzrə 48 kq çəki dərəcəsində Həsənli Polad, 55 kq-da Məmmədli Zenfira və 71 kq-da Alməmmədov Ravil bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüblər. Kubok döyüşləri üzrə isə 51 kq çəki dərəcəsində Dadaşov Asim qalib adını qazanıb.
Kəmər döyüşləri çərçivəsində keçirilən digər qarşılaşmalarda Məmmədzadə Ziya (68 kq), Mehdizadə Hüseyn (60 kq), Əliyev Fərdi (51 kq), Rüstəmli Afiq (50 kq), Heydərov Əsgər (67 kq), Hüseynov Əli (105 kq), Nağılı Mərdan (65 kq) və Müslümov Oruc (42 kq) ikinci yerə layiq görülüblər.
Turnirin digər döyüşləri üzrə Cavadlı Oğuz (37 kq), Kəngərli Qurban (42 kq), Şükürlü İlham (45 kq), Həziyev Turan (60 kq), Xəlilli Ayhan (52 kq), Cəfərzadə Rafiq (32 kq), Hüseynli Tural (28 kq), Seyidova Nuray (42 kq) və Rzazadə Nurlan (33 kq) birinci yerin sahibi olublar. Qəribov Ləvənd Bulud (26 kq), Vəliyev Əli (47 kq), Qafarov Yusif (45 kq), Məmmədov Əmir (52 kq), Oruczadə Ayxan (58 kq) və Hüseynli Tunar (41 kq) isə ikinci yerlə kifayətləniblər.












