Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar
Azərbaycan idmançıları 2025-ci ildə Avropa və dünya çempionatları, eləcə də digər beynəlxalq turnirlərdə ümumilikdə 2113 medal qazanmaqla yeni rekorda imza atıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirində bildirilib.
Əldə olunan nəticələr dövlətin idmana göstərdiyi diqqət və qayğının, həmçinin idmançıların və mütəxəssislərin sistemli fəaliyyətinin bariz nümunəsi kimi qiymətləndirilir.








