Pərviz Şahbazovla  Emi Karlon arasında görüş keçirilib

Pərviz Şahbazovla Emi Karlon arasında görüş keçirilib

23 Dekabr 2025

Azərbaycan- Amerika Birləşmiş Ştatları (ABŞ) enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında keçirilən görüş zamanı aparılıb.

Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib.

Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub.