AZAL Naxçıvan istiqamətində 650 minə yaxın sərnişin daşıyıb

AZAL Naxçıvan istiqamətində 650 minə yaxın sərnişin daşıyıb

13 Oktyabr 2026

AZCON Holdinqə daxil olan “Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin ilk doqquz ayında Bakı–Naxçıvan–Bakı marşrutu üzrə təxminən 3,2 min reys həyata keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hesabat dövründə bu istiqamət üzrə 650 minə yaxın sərnişinə xidmət göstərilib.

Məlumata görə, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ən intensiv gün 15 iyun olub. Həmin gün 25 reys həyata keçirilib.

Ümumilikdə, 2026-cı ilin yanvar–sentyabr aylarında AZAL 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişin daşıyıb. Sərnişinlərin 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Bakı üzərindən tranzit edən sərnişinlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə aviaşirkət marşrut şəbəkəsini genişləndirib, rəqəmsal xidmətlərini inkişaf etdirib və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

AZAL uçuş təhlükəsizliyinin təmin edilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.