AZAL Yaxın Şərqdən növbəti təxliyə reysi həyata keçirir

AZAL Yaxın Şərqdən növbəti təxliyə reysi həyata keçirir

10 Mart 2026

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

Bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.