Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib

09 Aprel 2025

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, “Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.