Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur

Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur

09 Avqust 2025

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib.

“Bu, mənim Prezident Trampla ilk görüşümdür və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi”, - Prezident İlham Əliyev əlavə edib.