Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi bilindi

Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi bilindi

09 Avqust 2025

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi 99 il müddətinə ABŞ şirkətinə verilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ lideri bildirib ki, 99 il ərzində Azərbaycanla Naxçıvanı birləşdirəcək yol icarəyə götürüləcək:

“Bu, bölgə üçün əhəmiyyətlidir. Həmçinin, ABŞ hər iki ölkə ilə süni intellekt və enerji sahəsində sənədlər imzalayacaq. Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik. Bu çox böyük uğurdur. Bundan çox mənununq. Dünyaya sabitlik gətiririk.