Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur

Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur

09 Avqust 2025

Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimizin arasında və regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq, çünki bu, sülh içində yaşayan bir region və daha ədalətli bir dünya deməkdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib.

“Trampın Sülh və Rifah Marşrutunun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər şəkildə çalışacağıq”, - Ermənistanın Baş naziri vurğulayıb.