
Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh yaranıb
Ermənistanla Azərbaycan arasında sülh yaranıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni jurnalistlərə açıqlamasında deyib.
“Bu gün biz deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında sülh yaranıb. Təbii ki, bu sülhü hələ də institutsionallaşdırmaq lazımdır. Başlanmış proses davam etdiriləcək”, - o qeyd edib.