
İlham Əliyev: Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar
Konstitusiyada Ermənistanın nə vaxt dəyişiklik edəcəyi barədə heç nə deyə bilmərəm, belə ki, bu həmin ölkənin öz işidir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, amma bu hadisə nə qədər tez baş versə, bir o qədər yaxşı olar və Ermənistanın Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı iddia aradan qaldırılar:
“Sülh sazişi mətninin ABŞ-də paraflanması deməyə əsas verir ki, bu hadisə baş verəcək, əks halda bu ABŞ-yə qarşı hörmətsizlik olar”.