Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09 Yanvar 2025

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik", -məlumatda qeyd olunub.