Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir

12 Dekabr 2025

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara yeni maddələr əlavə olunur.

Həmin maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.