Azərbaycanın bank sektorunun aktivləri 5 % artıb
Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 355,8 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 5 % çoxdur.
Bankların aktivlərinin 28 milyard 734,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,4 %-dən 50,1 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,35 % artaraq 49 milyard 695,5 milyon manata, o cümlədən depozit portfeli 2,8 % artaraq 37 milyard 770,8 milyon manata çatıb.
Bunun 17 milyard 272,1 milyon manatı fiziki, 20 milyard 498,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 18,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 7,7 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20 % azalaraq 0,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,7 % artaraq 7 milyard 660,3 milyon manat təşkil edib.








