Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn olunub - FOTO
İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. "Qurtuluş" batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.












