Ötən il ilkin və təkrar əlillik təyin edilənlərin sayı məlum olub
2025-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 54.5 min əlillik təyinatı aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 23.5 min ilkin və 29.2 min təkrar əlillik təyinatı olub. Orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə (1-ci dərəcə) ilkin əlilliyi müəyyən edilmiş şəxslərin sayı 5.9 min, 61-80 faiz pozulmasına görə (2-ci dərəcə) ilkin əlilliyi müəyyən edilmiş şəxslərin sayı 8.7 min, 31-60 faiz pozulmasına görə (3-cü dərəcə) ilkin əlilliyi müəyyən olunmuş şəxslərin sayı isə 10.7 min nəfər olub.








