Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub
Xocavənd rayonu Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub.
Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim olunub.
Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib.
Xanoba kəndinə qayıdan ailələr hər tərəfli dövlət qayğısı ilə təmin olunublar.








