Fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı artıb

Fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı artıb

14 Mart 2026

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların sayı 22,7 min nəfər artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bu il martın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.

Xatırladaq ki, ötən il Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfərdən çox və yaxud 3,2 % artıb.