Ramazanın 25-ci gününün duası -

Ramazanın 25-ci gününün duası - imsak və iftar vaxtı

14 Mart 2026

Sabah Ramazan ayının iyirmi beşinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 15-də imsak vaxtı saat 05:45-də, iftar vaxtı isə saat 19:20-dədir.

Ramazan ayının 25-ci gününün duası:

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”.

Allah orucunuzu qəbul etsin!

Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq