Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib

Azərbaycanın Pakistana 2 milyard dollarlıq sərmayə qoyması müzakirə edilib

02 Yanvar 2026

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Qeyd olunur ki, danışıq zamanı Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya qoyması müzakirə edilib.

Məhəmməd İshaq Dar və Mikayil Cabbarov ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Məhəmməd İshaq Dar qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksək səviyyəli əlaqələrin vacibliyini vurğulayıb. Pakistan iqtisadiyyatının müəyyən edilmiş sektorlarına Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılması barədə razılığa gəlinib.