Ötən gün itkin düşən 5 nəfər tapılıb
Ötən gün itkin düşən 5 nəfər tapılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.








