Naxçıvanda Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub -

Naxçıvanda Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub - FOTO

01 Yanvar 2026

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi Naxçıvan şəhərində böyük coşqu ilə qeyd edilib. Minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanına toplaşaraq Yeni ili birlikdə qarşılayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və digər rəsmi şəxslər şəhər meydanına gələrək Yeni il şənliyini izləyiblər.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.

Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq təşkil olunub. Qədim diyarın sakinləri 2026-cı ili xoş ovqat və böyük təntənə ilə qarşılayıblar.