“Uşaq oyuncaqları” yükündən bəyan olunmayan mallar aşkar edildi -

“Uşaq oyuncaqları” yükündən bəyan olunmayan mallar aşkar edildi - FOTO

27 Dekabr 2025

“Uşaq oyuncaqları” adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda Çin xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.