Azərbaycanla Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

27 Fevral 2026

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos Bakıda "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalayıblar.