Bakı–Naxçıvan aviareysləri bərpa olunub

Bakı–Naxçıvan aviareysləri bərpa olunub

07 İyul 2026

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.